Tikinti sahəsində beton tökmə işləri

Betonun İstifadə Sahələri

Fundamentdən hovuza qədər — hər iş üçün doğru beton markasının seçimi

Müştərilərimiz çox vaxt marka ilə deyil, gördükləri işlə müraciət edirlər: “həyətə beton tökəcəyəm”, “fundament üçün beton lazımdır”, “qaraj döşəməsi tökülməlidir”. Bu səhifədə ən çox rast gəlinən istifadə sahələrini və hər biri üçün tövsiyə olunan markanı bir yerdə topladıq.

Ümumi qayda sadədir: yük artdıqca marka da artır. Hazırlıq qatları üçün M100 kifayətdirsə, monolit təməl M300, çoxmərtəbəli karkas isə M350 tələb edir. Aşağıdakı bölmələr ilkin istiqamət üçündür — dəqiq seçimi layihəniz və ya pulsuz məsləhətimizlə dəqiqləşdirin.

İşə görə marka tövsiyələri

Fundament və özül — M250–M300

Zolaq təməl üçün M250, monolit plitə təməl üçün M300 standart seçimdir.

Döşəmə və qaraj — M200

Ev, qaraj və anbar döşəmələri üçün möhkəmlik-qiymət balansı.

Həyət betonlaması — M150–M200

Piyada sahələrə M150, avtomobil keçən sahələrə M200.

Yol və meydança — M200–M300

Yükdən asılı olaraq: yüngül örtüklər M200, ağır texnika M300.

Sütun və örtük — M300–M350

Monolit karkas elementləri və mərtəbəarası plitələr.

Hovuz — M300

Sıx strukturlu qarışıq su qurğuları üçün üstünlükdür.

Pilləkən və səki — M150–M200

Yükə görə seçim; bordür yatağı üçün M100–M150.

Körpü və xüsusi işlər — M400–M600

İnfrastruktur və xüsusi mühəndis konstruksiyaları; ən yüksək yük tələbləri üçün M500–M600 yüksək möhkəmlikli betonlar.

İstehsal etdiyimiz markalar

Markalar GOST 26633 tələblərinə uyğun istehsal olunur. Bütün markalara bax →

Tez-tez verilən suallar

Fundament üçün hansı beton markası lazımdır?

Yüngül 1–2 mərtəbəli evlərin zolaq təməli üçün adətən M250, monolit plitə təməl və 2+ mərtəbə üçün M300 tövsiyə olunur. Zəif qruntda və böyük yüklərdə layihə üzrə daha yüksək marka tələb oluna bilər.

Həyətə beton tökmək üçün hansı marka və qalınlıq lazımdır?

Piyada sahələr üçün M150 (8–10 sm), minik avtomobili keçən sahələr üçün M200 (10–15 sm) standart tövsiyədir. Sahəni kalkulyatora yazın — lazımi m³ dərhal hesablanacaq.

100 kvadrat sahəyə neçə kub beton gedir?

Bu, qalınlıqdan asılıdır: 10 sm qalınlıqda 100 m² üçün 10 m³, 15 sm-də 15 m³, 20 sm-də 20 m³ beton lazımdır. Dəqiq hesablama üçün beton kalkulyatorumuzdan istifadə edin.

Qışda və ya yağışda beton tökmək olar?

Soyuq və yağışlı havada tökmə mümkündür, lakin əlavə tədbirlər tələb edir (səthin qorunması, müvafiq qarışıq). Tökmə tarixini planlaşdırarkən bizimlə məsləhətləşin — hava şəraitinə uyğun tövsiyə verək.