Sual-cavab

Tez-tez Verilən Suallar

Beton sifarişi, marka seçimi, hesablama, keyfiyyət və tikinti materialları üzrə ən çox soruşulan sualların cavabları. Sualınızın cavabını tapmadınızsa, bizə yazın — pulsuz məsləhət veririk.

Mövzu

Sifariş və çatdırılma

Beton sifarişi necə verilir?

Üç sadə addım: həcmi beton kalkulyatoru ilə dəqiqləşdirin, zəng (+994 50 326 03 43) və ya WhatsApp ilə marka, həcm və ünvanı bildirin, fərdi qiymət təklifini təsdiqləyin. Beton razılaşdırılmış vaxtda mikserlə ünvana çatdırılır.

Hansı ərazilərə beton çatdırırsınız?

Bakı və bütün Abşeron yarımadası üzrə çatdırılma edirik. Zavodumuz Novxanıda yerləşdiyi üçün Abşeron zonasına — Novxanı, Masazır, Xırdalan, Sumqayıt istiqamətlərinə xüsusilə operativ çatırıq.

Betonun qiymətinə çatdırılma daxildirmi?

Təklifdə beton və çatdırılma ayrıca, şəffaf göstərilir və ünvanınıza görə dəqiq hesablanır — gizli xərc yoxdur.

Gecə və həftəsonu beton sifariş etmək olar?

Bəli, 7/24 fəaliyyət göstəririk. Gecə tökmələri və təcili sifarişlər üçün qrafiki əvvəlcədən razılaşdırmaq kifayətdir.

Beton sifarişi üçün minimum həcm nə qədərdir?

Sabit minimum hədd qoymuruq — şərtlər həcmə görə müəyyən olunur. Kiçik həcmli sifarişlər üçün də əlaqə saxlayın, sizin üçün optimal variantı təklif edək.

Mövzu

Marka seçimi

Fundament üçün hansı beton markası lazımdır?

Yüngül 1–2 mərtəbəli evlərin zolaq təməli üçün adətən M250, monolit plitə təməl və 2+ mərtəbəli evlər üçün M300 tövsiyə olunur. Dəqiq seçim layihədən və qrunt şəraitindən asılıdır — pulsuz məsləhət veririk.

M300 və M400 betonun fərqi nədir?

M300 (B22.5) 22.5 MPa, M400 (B30) 30 MPa möhkəmliyə malikdir. M400 körpü, hidrotexniki və xüsusi yüklü konstruksiyalar üçündür; adi yaşayış tikintisində M300 adətən kifayətdir və daha sərfəlidir.

M və B hərfləri nə deməkdir?

M — betonun möhkəmlik markasıdır (kqq/sm²), B — möhkəmlik sinfidir (MPa). Məsələn, M300 = B22.5 = 22.5 MPa. Hər iki işarələnmə eyni betonu ifadə edir.

Ev tikintisi üçün hansı beton markası seçilməlidir?

Tipik bölgü belədir: hazırlıq qatları M100, döşəmə və həyət M150–M200, zolaq təməl M250, monolit təməl, sütun və örtüklər M300, çoxmərtəbəli karkas M350, yüksək yüklü sənaye və xüsusi layihələr üçün isə M400–M600. Betonun istifadə sahələri səhifəmizdə ətraflı bölgü var.

Mövzu

Hesablama

Beton kubu necə hesablanır?

Həcm = uzunluq × en × qalınlıq (metrlə). Məsələn, 10 m × 10 m sahəyə 15 sm qalınlıqda beton üçün: 10 × 10 × 0.15 = 15 m³. Saytdakı beton kalkulyatoru bunu plitə, zolaq təməl və sütunlar üçün avtomatik hesablayır.

100 kvadrat sahəyə neçə kub beton gedir?

Qalınlıqdan asılıdır: 10 sm-də 10 m³, 15 sm-də 15 m³, 20 sm-də 20 m³. Ehtiyat üçün adətən 5–10% əlavə nəzərdə tutulur.

1 kub beton neçə tondur?

Adi armaturlu beton təxminən 2,4 ton/m³-dür. Yəni 10 m³ sifariş ≈ 24 ton deməkdir.

Bir mikser neçə kub beton aparır?

Standart mikserlərin tutumu adətən 7–10 m³ aralığındadır. Kalkulyatorumuz həcmlə birlikdə lazımi mikser sayını da göstərir.

Mövzu

Keyfiyyət və tökmə

Betonun keyfiyyəti necə yoxlanılır?

İstehsal GOST 26633 üzrə aparılır: hər partiya laboratoriya nəzarətindən keçir, nümunə kublar 28 günlük möhkəmlik sınağı ilə yoxlanılır. Tələb olunduqda nəticələr sənədlə təqdim olunur.

Beton neçə günə bərkiyir?

Beton ilk günlərdə sürətlə möhkəmlənir və 28-ci gündə layihə möhkəmliyinin standart göstəricisinə çatır. Qəlibin açılması və yükləmə vaxtı konstruksiyadan və hava şəraitindən asılıdır.

Beton yolda nə qədər qala bilər?

Hazır qarışıq adətən istehsaldan sonra 1,5–2 saat ərzində tökülməlidir (hava şəraitindən asılı). Buna görə marşrut və tökmə qrafikini əvvəlcədən planlaşdırırıq.

Qışda və yağışda beton tökmək olar?

Mümkündür, lakin əlavə tədbirlər tələb edir: soyuqda müvafiq qarışıq və qoruma, yağışda təzə səthin örtülməsi. Tökmə tarixini planlaşdırarkən bizimlə məsləhətləşin.

Beton pompası nə üçün lazımdır?

Mikser tökmə nöqtəsinə birbaşa yaxınlaşa bilmirsə — hündür mərtəbələr, dar həyətlər, binanın arxası — nasos betonu borularla birbaşa nöqtəyə ötürür. Böyük plitələrin fasiləsiz tökülməsində də üstünlükdür.

Mövzu

Tikinti materialları

Atsep nədir və harada istifadə olunur?

Atsep (bəzən “otsev” deyilir) — təbii qum-çınqıl qarışığıdır. Beton istehsalında doldurucu, yol və meydança əsaslarında, ərazi dolğusunda və drenaj işlərində istifadə olunur.

Çınqıl və şeben eyni şeydir?

Gündəlik danışıqda çox vaxt eyni mənada işlədilir. Şeben qırma daşdır (süni xırdalanmış), çınqıl isə təbii dairəvi daş dənələridir. Betonda əsas iri doldurucu kimi şeben istifadə olunur.

Beton üçün hansı qum istifadə olunur?

Beton qarışığı üçün gil qatışığı az olan, təmiz tikinti qumu tələb olunur. Öz istehsalımızda işlətdiyimiz keyfiyyətli qumu satışa da çıxarırıq — beton, suvaq və hörgü işləri üçün.

Qum, atsep və şebeni topdan almaq olar?

Bəli — satış yalnız topdan aparılır. Minimum sifariş 250 tondur və bu hədd sifarişin cəmi üzrə hesablanır (qum, atsep və şeben birlikdə də ola bilər). Tikinti şirkətləri, podratçılar və beton zavodları üçün davamlı təchizat təşkil edirik, Bakı və Abşeron üzrə çatdırılma ilə. Həcmə uyğun fərdi kommersiya şərtləri tətbiq olunur.

Həcmi özünüz hesablayın

Ölçüləri yazın — lazımi m³, material və mikser sayını dərhal görün.

Beton kalkulyatoru